Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda hökumət yenə ona tapşırıldı -ÖZƏL

Qazaxıstanda hökumət yenə ona tapşırıldı


Qazaxıstan prezidenti Kasım Cömert Tokayev yenidən hökumətə rəhbərlik etməyi Alihan İsmayılova tapşırıb. Newscenter.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, bu barədə qərar prezidentin Amanat Partiyasının sədri Yerlan Koşanovla görüşündə qəbul edilib.

Məlumata görə, görüş zamanı Alihan İsmayılovun baş nazir postuna namizədliyinin irəli sürülməsi barədə qərar qəbul ediblər. Prezident Tokayev daha sonra Alihan İsmayılovun baş nazirliyi ilə bağlı məsləhətləşmələr aparmaq üçün parlamentdəki 6 siyasi partiyanın rəhbərləri ilə görüşüb.

Alihan İsmayılovun baş nazir olması üçün səsvermədə iştirak edən 97 deputatdan 82-si lehinə, 7-si isə əleyhinə səs verib. Digər 8 deputat isə bitərəf qalıb.

Beləliklə, Alihan İsmayılov yenidən Qazaxıstanın baş naziri olub.



Mehman
Xəbəri paylaş