Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

THY təyyarəsi Hindistana qəza enişi etdi -ÖZƏL

THY təyyarəsi Hindistana qəza enişi etdi


İstanbul-Sinqapur reysi ilə hərəkət edən Türk Hava Yollarına (THY) məxsus təyyarı Hindistana qəza enişi edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb təyyarə salonunda sərxoş sərnişinin təyyarə heyətinə hücum etməsi olub.

Belə ki, Türk Hava Yollarına məxsus TK54 reysi ilə uçan Ukrayna vətəndaşı bir neçə dəfə yerindən qalxaraq digər salonda gəzib, digər sərnişinləri narahat edib. Təyyarə bələdçiləri sərnişinə xəbərdarlıq etdikdə isə ukraynalı onlara hücum edib və hətta pilotun kabinesinə girməyə cəhd göstərib.

Əlacsız qalan hava gəmisinin kapitanı Hindistanın Çennai hava limanının qülləsindən təcili eniş tələb edib. Təyyarə heç bir problem olmadan hava limanına enib və sərxoş sərnişin Hindistan polisinin müşayiəti ilə təyyarədən endirilib.

Mehman
Xəbəri paylaş