Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə daha bir qəza, sərnişin avtobusu dərəyə aşdı -ÖZƏL

Türkiyədə daha bir qəza, sərnişin avtobusu dərəyə aşdı


Türkiyədə daha bir avtobus qəzası baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Ərzincanda qeydə alınıb. Belə ki, Ərzincan-Sivas yolunun Kızıldağ istiqamətində hərəkət edən sərnişin avtobusunun dərəyə aşması nəticəsində 2 nəfər həlak olub, 21 nəfər yaralanıb.

Qəzaya səbəb yolun buz bağlaması və nəticədə avtobusun idarəetməni itirməsi göstərilir. Xilasedicilər tərəfindən dərəyə aşan avtobusdan çıxarılan yaralı sərnişinlər Refahiyə və Ərzincandakı xəstəxanalara aparılıb.

Mehman
Xəbəri paylaş