Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə sərnişin avtobusu aşdı, ölü və çoxlu sayda yaralılar var -ÖZƏL

Türkiyədə sərnişin avtobusu aşdı, ölü və çoxlu sayda yaralılar var


Türkiyədə ağır yol qəzası baş verib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər həlak olub, 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Qəza Yozgatın Yerköy rayonunda sərnişin avtobusunun aşması nəticəsində meydana çıxıb. Sivasdan Ankaraya doğru hərəkət edən avtobusun idarəetməni itirməsi səbəbindən aşdığı ehtimal olunur.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Mehman
Xəbəri paylaş