UEFA Türkiyənin bir neçə futbol klubunu cəzalandırıb. Newscenter.az haber7.com-a istinadən bildirir ki, UEFA tərəfindən cəzalandırılan komandalar "Sivasspor", "Fənərbaxça" və "Trabzonspor" komandalarıdır.
Belə ki, UEFA Konfrans Liqasında “Sivasspor” azarkeşləri oyun zamanı meydana daxil olaraq “Fiorentina”nın futbolçusuna hücum etdikləri üçün Türkiyə klubu növbəti Avropa matçında tamaşaçısız meydana çıxacaq.
Bundan başqa UEFA-nın qərarı ilə "Fənərbaxça" 44 min avro, "Trabzonspor" isə 20 min avro cərimələnib.
Oruc