Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna prezidenti: "174 min kvadrat kilometr ərazi minalanıb" -ÖZƏL

Ukrayna prezidenti: "174 min kvadrat kilometr ərazi minalanıb"


"Ukrayna əhalisi təkcə Rusiya ordusunun açdığı atəşlər, yaşayış binalarına atılan raketlərdən həlak olmur, eyni zamanda azad edilmiş ərazilərdə ruslar tərəfindən basdırılmış minalardan həyatını itirir".

Newscenter.az-ın trthaber-ə istinadən verdiyi məlumata görə, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski Avstraiya parlamentində videoformatda çıxışı zamanı səsləndirib. Ukrayna prezidenti diqqətə çatdırıb ki, mina döşənmiş Ukrayna ərazisi Avstriyanın ümumi ərazisinin iki qatına bərabərdir:

""174 min kvadrat kilometr Ukrayna torpağı minalanıb. Bu minalar hələ partlamayıb və gələcək üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Ukraynanın minalanmış ərazilərinin həcmi Avstriya ərazisinin iki qatından artıqdır".

Mehman
Xəbəri paylaş