Rusiya-Ukrayna müharibəsinin 400-cü günündə Avstriya parlamentinin iclasına videoformatda qatılan Ukrayna prezidenti Volodimir Zelenski etirazla qarşılanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Avstriya parlamentində təmsil olunan Azadlıq Partiyasının deputatları Ukrayna prezidenti çıxış edən zaman iclas zalını tərk ediblər. Avstriyalı parlamentarilər Zelenskinin parlamentdə çıxışının ölkənin neytrallığına xələl gətirdiyini iddia edərək belə bir addım atdıqlarını vurğulayıblar.
Qeyd edək ki, iclas zalını tərk edən Azadlıq Partiyasının təmsilçiləri oturduqları masalara "neytrallıq", "sülh" yazılan plakatlar qoyublar.
Mehman