Belçika hökuməti Avropa İttifaqının (Aİ) Brüsseldə boşaltmağı planlaşdırdığı binasını almağı nəzərdə tutub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunun üçün Brüssel 1 milyard avro təklif edib.
Qeyd edək ki, Aİ Komissiyası Brüsselin AB regionunda ofis sahəsi 350 min kvadratmetr olan 23 binasını satmağı planlaşdırır. Hələ 2021-ci ildə Aİ Komissiyası Brüsseldəki ofislərinin yarısını uzaqdan işləmə sürətini artırmaq və ekoloji cəhətdən təmiz strukturlara keçmək planları çərçivəsində boşaldacağını bəyan etmişdi.
Mehman