Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük Britaniya Asiya-Sakit Okean ticarət blokuna qoşulur -ÖZƏL

Böyük Britaniya Asiya-Sakit Okean ticarət blokuna qoşulur


Böyük Britaniya rəsmi olaraq CPTPP Asiya-Sakit Okean ticarət blokuna qoşulur. Newscenter.az trthaber-ə istinadən bildirir ki, Londonun bu məqsədlə 11 üzvdən ibarət Hərtərəfli və Proqressiv Trans-Sakit Okean Tərəfdaşlığı Sazişinə (CPTPP) rəsmi qoşulması ilə bağlı apardığı danışıqlar yekunlaşıb.

Böyük Britaniyanın Beynəlxalq Ticarət üzrə Dövlət Katibi Kemi Badenok Twitter hesabından verdiyi açıqlamada bunları deyib:

“Dinamik Hind-Sakit Okean regionu ilə ticarətimizi artırmaq əla xəbərdir. Bu Böyük Britaniya biznesi və istehlakçıları üçün əlverişli imkandır".

Qeyd edək ki, sözügedən ittifaqa Avstraliya, Bruney, Kanada, Çili, Yaponiya, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur və Vyetnam daxildir. Böyük Britaniya CPTPP-nin 12-ci üzvü olacaq.

Natiq
Xəbəri paylaş