Son bir həftədə Əfqanıstanın 23 əyalətində müşahidə edilən leysan yağışlar və sel daşqınları 10 nəfərin həyatına son qoyub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Taliban hökumətinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Dövlət Nazirliyinin sözçüsü Şafi Rəhimi mətbuata verdiyi açıqlamada belə deyib. Nazirlik rəsmisi daşqınlar zamanı 76 nəfərin də yaralandığını bildirib.
Rəhimi sel altında qalan 1800 evin yararsız hala düşdüyünü, 22 min hektar əkin sahəsinin sel suları altında qaldığını deyib. O deyib ki, ən çox zərər Pervan və Belh əyalətlərində müşahidə olunub.
Mehman