Bir neçə gün əvvəl baş tutan Ermənistan-Türkiyə futbol qarşılaşması zamanı Türkiyə milli komandasının oruc tutan oyunçusuna iftar zamanı orucunu açmaq üçün yemək verilməyib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, "Liqa" Radiosunun baş redaktoru Mehmet Ayan YouTube-da yayımlanan bir verilişdə belə bir iddia ilə çıxış edib. Baş redaktor sayğısız davranışla üzləşən futbolçunun Abdulkadir Ömür olduğunu söyləyib.
Mehmet Ayan, "Ramazan ayının ilk günü İrəvanda saat 19:22-də iftar vaxtıdır Abdulkadir Ömür milli komandanın kampına yemək almağa gedir. Lakin futbolçuya nahar vaxtı olmadığı üçün yemək vermirlər. 19.30-dan əvvəl yemək olmaz deyə irad bildirilər' deyə vurğulayıb.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası isə hələlik bu məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
Oruc