"Bir masa ətrafında oturub 7-8 nəfəri idarə edə bilməyən birisinin 85 milyonu idarə etməsi mümkün deyil. Xüsusilə HDP ilə çiyin-çiyinə olan bir kimsəyə xalq səs verməz"
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kilisdə zəlzələ qurbanları üçün təşkil edilən iftar proqramında çıxışı zamanı səsləndirib.
Rəcəb Tayyib Ərdoğan əmin olduğunu bildirib ki, Türkiyə xalqı 14 mayda öz sözünü deyərək Türkiyəni sabitsizliyə, gərginliyə sürükləmək istəyənləri elə seçki qutusunda dəfn edəcək.
Mehman