İndoneziyanın FIFA U-20 dünya çempionatına ev sahibliyi hüququndan məhrum edilməsindən sonra Padanq şəhərində naməlum şəxslər bir neçə idman kompleksinin binasını yandırıblar.
Newscenter-az-ın məlumatına görə, "Report" "ANTARA News"a istinadən xəbər verir ki, hadisə nəticəsində tikililərə ciddi ziyan dəyib, bir nəfər dünyasını dəyişib.
Padanq yanğınsöndürmə idarəsinin rəisi Sutan Hendra mərhumun 16 yaşında olduğunu bildirib: "Onun ölümünün hansı şəraitdə baş verdiyi araşdırılır. Ümumilikdə beş bina yanıb. Yanğınsöndürənlər alovun qarşısını ala biliblər".
Qeyd edək ki, FIFA İsraillə bağlı dünya çempionatına ev sahibliyi hüququnu İndoneziyadan alıb.