Tehrandan ard-arda ölkəmizə yönəlik təhdid mesajları, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sərhəd boyunca hərbi texnika və canlı qüvvə toplaması, ən son ötən gün bu ölkənin yüksək rütbəli hərbiçisinin səsləndirdiyi iddialar onu deməyə əsas verir ki, İran açıq-aşkar Azərbaycana qarşı hücum planı üzərində işləyir. Hətta molla rejiminin hərbi və siyasi rəhbərliyi Azərbaycanın şiə məzhəbli kəsiminin Tehranın hücum planına dəstək verəcəyini də düşünür.
Newscenter.az-ın xəbərinə görə, tarixçi Rəfail Eminov isə bu iddianı tamamilə əsassız sayır və hesab edir ki, İran hər zamankı kimi yenə də yanılır. Rəfail Eminov bildirib ki, İran rejimi Azərbaycan Respublikasına hücum etmək barədə qərar qəbul etmək üçün hazırlıq etdiyi görüntüsü yaradır:
"Sionistlər, suriyalı terorçular və sair. Bununla onlar ölkənin əhalisin təxminən 40 faizini təşkil edən azərbaycanlı hissəsinin məzhəbkeşlik hisslərinin miliyyətçilik duyğularından daha üstə qaldırmağı düşünürlər".
Tarixçi hesab edir ki, 1981-88-ci il İran-İraq müharibəsində də İran rəsmiləri İraq əhalisin 3/2 hissəsinin şiə məzhəb olmasından qələbə çalacaqlarına ümid etmişdilər:
"Lakin, "İslam" inqilabının ən qızğın çağında onlar xəyal qırıqlığına uğradılar. Şübhəsiz ki, bu tarix dərsini unutmamışlar! Bizmlə isə münasibətlərin gərginləşdirilməsində, "inqilablarından" 44 il sonra özüdə xalqın əksəriyyətinin rejimlərindən məyus olduğu bir zamanda və azərbaycanlı vətəndaşlarının heç vaxt olmadığı qədər milliyyətçilik hisslərinin qabardığı bir durumda və kəskin narazılıqlarının baş qaldırdığı dövrdə belə bir təxribatçı bəyanatlar verməkləri məntiqsiz və gülünc görünür".
Rəfail Eminovun qənaətincə, İranın SEPAH hərbi birləşmələrini sərhədimizə doğru yığması və generallarının sərsəm, böhtançı bəyanat və iftiraları bizim ölkəmizə qarşı səsləndirdikləri hədə-təzyiq ritorikasının altında gizlənən əsl məqsəd, Güney Azərbaycan şəhərlərində üsyan təhlükəsinin olduqca real olması və bəzi hərbi birləşmələrin qiyam qaldırmaq ehtimaĺarının yüksəkliyi səbəbləridir.
Mehman