Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İspaniyada meşə yanğınları başladı -ÖZƏL

İspaniyada meşə yanğınları başladı


İspaniyada şərqindəki Valensiya və Kataloniya bölgələrində başlayan meşə yanğınları indi də ölkənin şimalına yayılıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, yanğın ölkənin şimalındakı Asturiya bölgəsində ciddi ekoloji fəsada yol açıb.

Asturiyadakı meşəlik ərazidə 121 nöqtədə davam edən yanğınlar səbəbindən yaxınlıqda yaşayan 375 nəfər evlərindən təxliyə olunub, magistral yollar da daxil olmaqla bir çox yol nəqliyyatın hərəkətinə bağlanıb. Yanğınların Asturiyanın qərbindəki Qalisiya bölgəsinə də keçdiyi bildirilib.

Havanın yüksək temperaturu və küləyin sürəti yanğınları daha da sürətləndirir.

Mehman
Xəbəri paylaş