Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbul zəlzələsinin baş vermə riski böyük:ALİMDƏN XƏBƏRDARLIQ -ÖZƏL

İstanbul zəlzələsinin baş vermə riski böyük:ALİMDƏN XƏBƏRDARLIQ


"İstanbul başda olmaq üzrə Mərmərə dənizi ətrafındakı 7 vilayət və 50 rayonda 7 bal gücündə və ya ondan artıq zəlzələnin baş vermə ehtimalı böyükdür. Bu ehtimal təqribın 50 faizdən də çoxdur".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, geofizika mühəndisi, zəlzələ üzrə tədqiqatçı alim professor doktor Haluk Eyidoğan bu fikirləri səsləndirib.

O bildirib ki, İstanbulla yanaşı, Tekirdağ, Çanaqqala, Balıkəsir, Bursa sahilləri, Yalovada və Kocaelidə də eyni dərəcədə zəlzələ təhlükəsi var:

Mərmərə dənizi və ətrafının əsrlərdir zəlzələlərdən uzaq olmayan bir bölgə olduğunu ifadə edən Eyidoğan, "Mərmərə dənizindən keçən Şimali Mərmərə fayı bütün Mərmərəni təsir edəcək bir zəlzələ yaratma potensialına malikdir. Başqa sözlə, indiyə qədər aparılan geoloji, geofiziki və seysmoloji tədqiqatlar, dəniz və quru üzərində aparılan tədqiqatlar, xüsusən də dənizdə aparılan araşdırmalar, Tekirdağ və İstanbul sahillərindən 15-20 kilometr aralıda bir fay xəttinin olduğunu üzə çıxarır.

Eyidoğan belə bir zəlzələnin 2030-cu ilə qədər baş verəcəyi mümkünlüyünü də vurğulayıb.

Mehman
Xəbəri paylaş