İsveçrədə Rusiya prezidenti Vladimir Putinin dostuna banklara böyük məbləğdə depozit qoymağa imkan yaradan 4 bank işçisi lazımi araşdırma aparmamaqda təqsirli bilinib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, onlar Rusiyanın “Qazprombank”ın Sürix filialının keçmiş meneceri, “Putinin pul kisəsi” ləqəbli musiqiçi Sergey Rolduginə kömək etdiklərinə görə külli miqdarda cərimələniblər. Bank işçilərinin hər biri 741 min İsveçrə frankı məbləğində cərimə olunub. Həmçinin, onlar 2 il müddətinə vəzifələrindən uzaqlaşdırılıblar.
İddia edilir ki, isveçrəli bankirlər Roldugindən 2014-2016-cı illər arasında İsveçrədəki banklara yatırdığı 30 milyon dollara yaxın pulun haradan gəldiyi ilə bağlı etibarlı izahat almayıblar.
Mehman