Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Moskvadakı səfirliyində çalışan diplomatlardan birini “persona non qrata” elan edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Rusiya XİN özü açıqlayıb. Nazirlikdən verilən açıqlamada bildirilib ki, Estoniya martın 24-də rus diplomatını "persona non qrata" elan etmək qərarına gəlib.
Sözügedən qərarın “əsassız” olduğu və Estoniyanın Moskva səfirliyinin müvəqqəti işlər vəkili Yana Vanamelderin nazirliyə çağırıldığı qeyd edilən açıqlamada daha sonra qeyd edilib ki, Estoniyanın Moskvadakı səfirliyində eyni səviyyədə çalışan bir diplomatı Rusiyanı eyni anda tərk etməlidir.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər Rusiya-Ukrayna müharibəsi səbəbindən gərginləişib.
Mehman