"Dinimizə görə səhura (obaşdanlıq) qalxmaq vacib deyil. Ancaq Ramazanda səhur (obaşdanlıq) yeməyini yemək dinimizdə tövsiyə edilən əməllərdəndir. Eyni zamanda, dinimizə görə Səhura qalxmaq orucu bərəkətli edir. Məhəmməd Peyğəmbər (s) bu barədə buyurub: "Səhur (obaşdanlıq) yeməyini yeyin!”
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. O bildirib ki, bəzən insanlar səhur (obaşdanlıq) yemədən oruc tuturlar:
"Dinimiz bu əməli bəyənmir. Əslində Ramazan öz ənənələri və ibadətləri ilə seçilən aylardandır. Gəlin özümüzdə səhura (obaşdanlıq) qalxmaq vərdişi yaradaq. Ramazan orucunu təkmil formada yerinə yetirək. Allah bütün dua və orucları qəbul etsin, dövlətimizi və xalqımızı qorusun!".
Mehman