Türkiyənin yerli istehsalı olan "Togg" avtomobilinin ilk sahibi prezident Rəcəb Tayyib Ərdoğan olacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, belə bir açıqlama ilə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış edib.
Nazir bildirib ki, avtomobilin prezident Rəcəb Tayyib Ərdoğana təslim ediləcəyi tarix də artıq müəyyən olunub:
"Aprelin 3-də "Togg" avtomobili prezident Rəcəb Tayyib Ərdoğana təslim ediləcək".
Mehman