"6-lı masa"nın prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun çəkdirmiş olduğu foto Türkiyə cəmiyyətində ciddi etiraza səbəb olub. Belə ki, CHP lideri yaaxın ətrafı ilə foto çəkdirən zaman ayaqlarını namaz qılınan səccadənin üzərində nizamlayıb. Səccadəni tapdalamasından heç də rahatsız olmayan CHP lideri həm də bunu ayaqqabısı ayağında olarkən edib.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini ifadə edən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Kılıcdaroğlunun səccadəni tapdalayaraq poz verməsi, bir müsəlman ölkəsində heç bir halda qəbul edilə bilməz:
"Ümumiyyətlə insanların etiqadına qarşı bu kimi hərəkətlər, bir siyasət adamına heç yaraşmır. Bu hərəkət sözsüz ki, bir mesajdır".
Mehman