"İşğaldan azad edilən bütün şəhər və rayonlarımız kimi Laçın da özünün quruculuq-abadlıq dövrünü yaşayır, inkkişaf etdirilir. Hər bir azad edilən ərazilərimiz kimi Laçında da görülən işlərin birbaşa Cənab Prezidentin nəzarətində olması işlərin sürətlənməsi, qarşımıza qoyduğumuz hədəflərin tezliklə reallaşdıra biləcəyimizdən xəbər verir".
Newscenter-az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, bu günlərdə dövlət başçısının Laçına təyin edilən Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul edərək ona müvafiq tapşırıqlarını verməsi də onu deməyə əsas verir ki, bu şəhərdə quruculuq-abadlıq işləri, infrastruktur layihələrinin reallaşdırılması yeni bir mərhələyə qədəm qoyacaq və tezliklə Laçın öz müasirliyi, gözəlliyi, füsnkar təbiəti ilə göz oxşayacaq:
"Bu da öz növbəsində işğaldan azad edilən digər ərazilərimiz kimi Laçına da məcburi köçkünlərin qayıtmasını təmin edəcək. Sözügedən görüşdə dövlət başçısının da qeyd etdiyi kimi 2025-ci ildə Laçına rayon əhalisinin köçürülmısinə başlanacaq".
Arzuman Muradlı hesab edir ki, Laçında həyata keçiriləcək layihələr və görülən işlər Laçını təkcə Azərbaycan deyil, eləcə də beynəlxalq səviyyədə tanıdacaq, bura olan marağı artıracaq:
"Burada beynəlxalq əhəmiyyətli hava limanının tikilməsi Laçını turizm məkanı kimi dünyaya tanıdacaq".
Mehman