Keçmiş Avropa Parlamentinin deputatı və “Patriotlar” hərəkatının lideri Florian Filippo Vaşinqtonun etirazlarla bağlı açıqlamaları ilə Fransa prezidenti Emmanuel Makronu alçaltdığını bildirib.
Newscenter-az “Report”-a istinadən xəbər verir ki, Filippo bu barədə öz tvitter səhifəsində yazıb.
Belə ki, Filippo Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin ABŞ-ın Fransa da daxil olmaqla, hər yerdə dinc nümayişlər hüququnu dəstəklədiyi barədə sözlərini şərh edib.
“Makron amerikalılar üçün itaətkar pudel rolunu oynamağa davam edə bilər. Sadəcə, ölkəmizdə nümayişçilərə qarşı zorakılığı tənqid edərək onu rəsmi və açıq şəkildə alçaltdılar! Pudel təriflənmir, danlanılır!”-deyə, o bildirib.