Ərazilərimizin işğala məruz qaldığı illərdə yeraltı və yerüstü sərvətlərimizin Ermənistan-İran ittifaqı nəticəsində talandığı, Qarabağın işğal edilmiş şəhər və rayonlarından tikinti materialların aparılıb İranda satıldığı barədə zaman-zaman əsaslı fikirlər səsləndirilib və hətta bəzi erməni mənbələri bunu təsdiq də ediblər. Ona görə də Qarabağda törədilmiş vandalizmə görə Ermənistanla yanaşı, İran da məsuliyyət daşıyır.
Elə politoloq Yeganə Hacıyeva da bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Qarabağ və ətraf rayonlardakı talanlara görə Ermənistanla paralel İrandan da təzminat istəməlidir: Onun sözlərinə görə, dövlətdən başqa , həm də fərdi və kollektiv təzminat tələb olunmalıdır:
"30 il işğal altındakı ərazilərimizdən dövlət müəsisələrindən başqa və mülki insanların mülkiyyətini talayıb ya istifadə ediblər , ya da əşya bazarlarında satıb gəlir götürüblər".
Anar