Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi - 2004-cü il təvəllüdlü Niftəliyev Novruz Eldəniz oğlu minaya düşüb.
Newscenter.az xəbər verir ki, “Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
N.Niftəliyevin vəziyyətinin ağır olduğu bildirilir.
O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsindən hərbi xidmətə çağırılıb.