Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənub qonşumuzun Şimal siyasətinin əsas MƏQSƏDİ

Cənub qonşumuzun Şimal siyasətinin əsas MƏQSƏDİ


İran Azərbaycanda öz maraqları, istəyinə nail olmaq üçün davamlı ölkəmizlə bağlı məkirli planlar qurub, hədəflər müəyyənləşdirib, onları həyata keçirməyə çalışıb. Newscenter.az xəbər verir ki, cənub qonşumuzun Şimal siyasətinin əsas məqsədləri və bu məqsədə çatmaq üçün ardıcıllıqla həyata keçirdiyi planları tarixçi Rəfail Eminov sadalayıb.

O bildirib ki, ölkəmizin sərhədlərindən kənarda azərbaycanlıların kompakt yaşadığı, işlədiyi dövlətlərdə, həmin dövlətlərin şəhərlərində icmalar qurdular:

"Dini icmalarda, ktiminal-aləmin avtoritetlərini başa gətirərək qorxu yolu ilə qeyri-rəsmi, Metropoliya ilə əlaqəsi olmayan "diaspora", " lobbi, qrupları formalaşdırdılar. Bununla da burada həmin qrupları maliyyələşdirmək məsələsini, əvvəllər haqq kimi toplanan sonra isə ianə, nəzir, xüms adları ilə yığılan " qanuni" yığımlarla əvəz edərək ona don geydirib təbliğatları ilə məşğul oldular".

Rəfail Eminov onu da vuröulayıb ki, MDB məkanına dağılmış kəsbkarlıq edən azərbaycanlıların etnik azlıqda olan hissələri arasımda xüsusi canfəşanlıq edərək onları titul xalqdan ayırdılar və radikal təbliğatlarının təsirinə saldılar:

"Ən ağrılı məsələ bu oldu ki, hamı özünü hər şeydən xəbərdar hesab edib belə məsələlərə dırnaqarası baxdılar! Gürcüstanda, Dağıstanda, Rusiyanın hər bir yerində, Ukraynada olan məscidlərin içinə getdikdə və oradakı insanların siyasi fikirləri ilə tanış olduqda, ağam deməklərinə etiraz etməyə belə adamın cəsarəti çatmırdı. Adamlarda zamanla təbliğat aparılaraq, o səviyyəyə çatdırılmışdı ki, Vətən, Milli dövlət adı gələndə üz göz turşuyur, gözlər nifrət işartısı ilə dolurdu. Onlara isə fikir verən yox idi... bir gün isə bu insanların vətənlə əlaqələrinin təsirindəndə vətəndə də alaq otları cücərəcəyini kimsə fikirləşmirdi və ya bu onları maraqlandırmırdı".

Mehman
Xəbəri paylaş