Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərin “kiçik” qardaşı “böyük” İran

Ermənilərin “kiçik” qardaşı “böyük” İran


“Səmimi” qonşu, “dost” ölkə: İranın “nota şousu” heç kimi narahat etmir

Fars ideoloqları və onların şovinist ideyalarını həyata keçirən "din təəsübkeşləri"nin ölkəmizdəki səfirliyi etiraz notasını Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edib.Notada Azərbaycan Respublikasının bəzi kütləvi informasiya vasitələrindən şikayət edilir və prosesin dayandırılması və kompensasiya tələb olunub.İran tərəfi nalayiq və təhqiredici hərəkətlərin davam etməsindən narahatlıq ifadə edərək, baş verənləri “nalayiq davranış” və “əxlaqsızlıq” adlandırıb:

“İran bu prosesin dayandırılmasını və kompensasiya ödənilməsini tələb edir. Medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edirik”.
İran-Azərbaycan münasibətlərində gərginliyin müşahidə olunduğu bir dövrdə, üstəlik bu gərginliyin kökündə İranın “erməni sevgisi”nin dayandığı bir şəraitdə verdiyi nota ilə artıq bütün “qırmızı xətləri” keçir.

Azərbaycana qarşı hər cür iyrənc təbliğat aparan, onu hər addımbaşı hədələyən bir ölkə Azərbaycan mediasını ittiham etmək və buna görə nota vermək haqqını çoxdan itirib.44 günlük Vətən müharibəsindən bu yana zəfəri həzm edə bilməyən Tehran rejimi Ermənistanla münasibətləri hər addımda dərinləşdirərək iki mütəffiq ölkə olan Azərbaycan və Türkiyəyə qarşı təhdidlərini, hədələrini daha da artırır. Bu təhdidlərin son günlər açıq müstəviyə keçməsi isə İranın məqsədlərinin nə qədər çirkin olduğunu bir daha göstərir.Azərbaycan və Türkiyəni hədəfə alan İranın riyakar, qəsbkar və hiyləgər siması bütün dünyanın gözü qarşısında açılır. Tehran son hərəkətləri ilə Azərbaycana qarşı təcavüz planlarının olduğunu artıq gizlətmir.

Son iki ay ərzində İranın Ermənistana dəstəyi, Azərbaycana isə təhdid xarakterli davranışları, törətdiyi planlı terror təxribatı daha da intensivləşib.Tehran çirkin məqsədlərinə çatmaq üçün terrora əl atmaqdan heç vaxt çəkinməyib. Bu ilin əvvəlində Azərbaycanın Tehranda səfirliyində törədilmiş terror aktı bunun bariz nümunəsidir.Səfirliyin bir əməkdaşının şəhid olması, ikisinin yaralanması ilə nəticələnmiş silahlı hücumun Tehran rejiminin planlaşdırdığı və həyata keçirdiyi terror aktı olduğu heç kimdə şübhə doğurmur. Törədilən terror aktına görə Azərbaycandan üzr istəmək əvəzinə Arazda boğulan mollalar, ölkəmiz əleyhinə yeni-yeni planlar qurur.Artıq illərdir ki, İranın nifrət aşılamaqla məşğul olan "Səhər TV” kanalının aparıcıları Azərbaycan xalqına qarşı hədyan səsləndirməklə yanaşı, Azərbaycan Respublikasına qarşı ərazi iddiaları irəli sürürlər.Bundan başqa SEPAH özünə yaxın KİV-lərdə Azərbaycanı böyük müharibə ilə hədələyir, təhdid xarakterli animasiyalar yayımlayır , az qala hər gün Azərbaycana qarşı hədələyici videolar paylaşır, bir çox halda isə Azərbaycanın dövlət atributlarını təhqir edir.SEPAH-ın hazırladığı son animasiya videosunda Araz çayı üzərindən Azərbaycan tərəfə uçan hansısa quşun sonradan kamikadze dronlara çevrildiyi əksini tapıb. Animasiya görüntüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur “Laçın” şeirini səsləndirməsi ilə müşayiət olunur.Bununla yanaşı, video Azərbaycana birbaşa, Türkiyəyə isə ad çəkmədən hədə başlığı ilə paylaşılıb: “Əliyev və dəstəkçilərinə mesajımız açıq: Bir gün gələcəyik”. Hətta hansısa “ilhaq”dan dəm vurur, “yaxın iki həftə ərzində Qarabağla bağlı sürprizlər olacaq", - deyirlər.

11 mart 2023-cü ildə İrana məxsus hərbi təyyarə Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirmişdi. Uçuş bəzi hallarda düz sərhəd xətti üzərindən olmuşdu. Azərbaycan XİN İrana hadisəyə görə nota təqdim etmişdi.

SEPAH komandirini Azərbaycan sərhədinə göndərib, Azərbaycanı hədələtdirən, qırıcısını Azərbaycanla sərhəddə uçurdan, 44 günlük savaşdakı zəfərimizdən sonra sərhədimizdə hər il hərbi təlim keçirmək eşqinə düşən və bu təlimlərdə Araz çayından keçməyi məşq edən, düşmən ölkəni silahlandırıb, onun 44 günlük savaşın nəticəsi olaraq üzərinə götürdüyü öhdəliklərini icra etməsinə imkan verməyən, özünə heç bir aidiyyəti olmasa da, başqa bir ölkənin ərazisindən dəhlizin açılmasına qarşı çıxan, ancaq nədənsə, Laçın dəhlizinin fəaliyyətini “qanuni” sayan və s. saymaqla bitməyən düşmənçiliklə məşğul olan İran Azərbaycan mediası və ictimaiyyətindən hansı təqdir, tərif gözləyir? İran Azərbaycana qarşı təhdidlərindən niyə əl çəkmir? Fars-molla rejimi Azərbaycan xalqına qarşı nə hazırlayır? İran antiislam rejimi gerçəkdənmi düşünür ki, hərbçi və generallarının az qala yarısı azərbaycanlı olan ordusu ilə, həm də Güney Azərbaycan amili dura-dura, Azərbaycan dövlətinə meydan oxuya bilər? Olmaya, molla rejimi Şuşa Bəyannaməsini unudub? Ya bəlkə qardaş Türkiyənin başının seçkilərə və zəlzələyə qarışdığını zənn edib Azərbaycanı yalqızmı sayırlar? Yaxın iki həftə ərzində Qarabağla bağlı nə “sürpriz” ola bilər?

Bütün bu suallara olan cavab göstərir ki, həm daxili parçalanma, həm də xarici təzyiqlər molla rejiminin sonunu yaxınlaşdırır.Özünə böyük dövlət deməklə, böyüklük olmur. Başqa ölkəni təcavüzlə, hücumla hədələyən İran ən yaxın müttəfiqi Ermənistan qədər kiçik və rəzildir. Azərbaycanla hərbi qarşıdurma isə İran rejiminin sonu olar. Və tarixi gerçəkliyi dəyişmək, ona fərqli don geyindirmək mümkün deyil. Faktiki Arazın o tayında 30 milyon, bu tayında 10 milyon azərbaycanlı yaşayır.Farşizm birazda irəli gedərsə İrana üç tərəfdən – Azərbaycan Respublikası, Cənubi Azərbaycanda yaşayan 40 milyon həmyerlimiz və müttəfiqlərimiz tərəfindən ağır zərbə vurular. Bununla da həddini aşan İran viran olacaq, mollaları isə Arazda boğulacaq!!!

Yaxşı olar ki, Tehran elə dostu-qardaşı İrəvanın aqibətindən nəticə çıxarsın.Düşünmək və qərar vermək növbəsi isə onlarındır. Tehran və onun müttəfiqləri hər nə qədər animasiya filmlərində quş uçurtsalar da gün gələcək millətimizin qırılmaz əzmi, polad iradəsi güneyli-quzeyli vətənin birliyi arzusunu reallığa çevirəcək!
O şeiri bir də söylə, sayın Ərdoğan bəy:

Arazı ayırdılar
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar...

Aygül Bağırova
AJB üzvü
Xəbəri paylaş