Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın İrana olan marağı, yaxud bir ilanın ağzından qurtulub digərinə sarılmaq

Ermənistanın İrana olan marağı, yaxud bir ilanın ağzından qurtulub digərinə sarılmaq


"Ermənistanın nə qədər də İranla əlaqələrinin yaxşı və ya strateji olduğunu qeyd etsələr də, hesab etmək olar ki, Ermənistan da İrana sonuna kimi güvənmək lazım olmadığını yaxşı bilir. Ermənistan İranın ona qarşı müsbət münasibətinin situativ olduğunu, bu münasibətin səbəbinin Azərbaycan, daha doğrusu öz daxilindəki azərbaycanlı türklərin bir gün rejimi dəyişdirə bilər qorxusu ilə məcburi yaxınlaşma olduğunu bilməmiş deyillər".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, İrana yaxınlaşmağın bir ilanın ağzından qurtulub digər ilana sarılmaq olduğunu da yaxşı bilirlər, xüsusən də, bu ilanın başı üzərində qara buludların həmişə mövcud olacağını bildiyi halda. İrandan güclü Rusiyaya belə bağladılar nə oldu ki, ondan qat-qat zəif olan birinə bel bağlayalar nə ola:

"Ermənistan yaxşı bilmiş olmalıdır ki, ona qarşı olan marağın səbəbi bilavasitə Azərbaycandan qaynaqlanır, yəni Azərbaycana təzyiq etmək istəyənlər ondan istifadə edirlər. Amma Ermənistanla bilavasitə qarşı-qarşıya qoyulan da elə Ermənistandır. Onda niyə nəticə ilə əlaqədar olub, bilavasitə səbəbi göz ardı etməlidir. Elə səbəbi aradan qaldırmaqla özü üçün yaxşı nəticə almasın. Ermənistanın Azərbaycanla münasibətlərinin düzəlməsi ona daha çox divident gətirir, nəinki başqa dövlətlərlə müttəfiq olub, Azərbaycana qarşı mövqe tutması. Ermənistanın bunu anladığına ümid edirik".

Anar
Xəbəri paylaş