Doğrudan da Azərbaycanın qonşularla bəxti gətirməyib. Ermənistanla hər şey aydındır, amma İranın düşmən davranışları bəzən Ermənistanla müqayisə oluna bilər. İran Xarici İşlər Nazirliyi aprelin 1-də, yəni şənbə günü Azərbaycana diplomatik “nota” göndərib. Beynəlxalq qəbul edilmiş qaydalara görə, diplomatik notalar protokola uyğun olaraq həftənin iş günləri göndərilir. Görünür İranın diplomatik korpusunda çalışanların başında beyin əvəzində başqa material mövcuddur. Özünü diplomat adlandıran mollaların növbəti addımı bu rejimin hələ də sivil dünya qaydalarından xəbərsiz olduğunu bir daha nümayiş etdirdi. Görünür başı qonşu islam ölkələrində və İsraildə qeyri sabitlik yaradıb ora hibrid üsullarla müdaxilə etməyə çalışan İranda hələ də protokol qaydalarını öyrənmək istəyən əmmaməli diplomat tapılmır.
Məsələnin başqa bir maraqlı tərəfi də var. Bildiyimiz kimi, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində baş leytenant Orxan Əsgərovun şəhid oldu. Buna görə rəsmi Bakı Tehrandakı diplomatik missiyasını dayandırmaq qərarına gəldi və səfirliyin əməkdaşları və onların ailə üzvləri yanvarın 29-da axşam saatlarında xüsusi təyyarə reysi ilə Bakıya gətirildi. Hazırda Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyət göstərmirsə, müvafiq olaraq səfirimiz də orada yoxdursa, o zaman xəstə molla rejimi qeyri-iş günündə notanı kimə və necə göndəriblər?
Azərbaycan ictimaiyyətində İrana qarşı güclü antipatiya çoxdan yaranıb və bu molla rejiminin öz mediasında Azərbaycana qarşı düşmənçilik və təhqir siyasətinin məntiqi davamıdır. Heç bir zaman diplomatiyada, siyasətdə və müharibədə uğur qazanmayan İranın, 21-ci əsrin tək qalib ölkəsi olan Azərbaycana qarşı düşmən fəaliyyətlərini uzun müddətdir ki, izləyirik. Vətən Müharibəsindəki qələbəmizdən sonra isə bu fəaliyyətlər daha da intensivləşib. İranın xüsusi xidmət orqanları tərəfindən yaradılan və Azərbaycana qarşı təhqiredici verlişlər hazırlayan “Səhər TV” telekanalının fəaliyyətini görmək istəməyən əmmaməli rejimin Azərbaycan KİV-lərinin müstəqil fəaliyyətinə görə narahat olması həqiqətən də gülünc olduğu qədər də absurddur. Çünki, Azərbaycan mətbuatında bu gün Tehran rejiminin ləyaqətsiz və islam dini adına zərərli davranışnı əks etdirən materiallar faktlara və sübutlara əsaslanır.
Tamamilə həqiqətə uyğun olan məqalə və verlişlər on milyonlarla azərbaycanlının ürəyindən keçənləri əks etdirirsə, vətənpərvər mediamız İranın bütün yalan və böhtanlarını ifşa edisə, mollaların islam dininin düşmənləri ilə eyni “yataqda” olduğunu sübut edirsə, buna görə “diplomat” mollalar şənbə günü, həm də fəaliyyətini 3 ay əvvəl dayandıran Azərbaycan səfirliyinə mənasız nota vermək əvəzinə, qulluq etdikləri çürük rejimə “Fatihə” versinlər.
Ədalət Verdiyev, hərbi ekspert