Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəbələdə avtomobil körpüdən aşıb, ölən və xəsarət alan var

Qəbələdə avtomobil körpüdən aşıb, ölən və xəsarət alan var


Bu gün saat 15 radələrində Qəbələ rayonunun Bılıx kəndi ərazisində “VAZ-2106”markalı avtomobilin sürücüsü Zülfüqar Göyüşov idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Newscenter.az verilən məlumata görə, nəticədə sürücü xəsarət alıb və avtomobildə sərnişin qismində olan oğlu, 2011-ci il təvəllüdü Y.Göyüşov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Mehman
Xəbəri paylaş