Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehrandan idarə olunan "hörümçək toru"

Tehrandan idarə olunan "hörümçək toru"


Son dövrlər Azərbaycanın demək olar ki, bütün bölgələrində İranın casus şəbəkəsinə xidmətdə şübhəli bilinən şəxslərin həbsi prosesi gedir. Və ölkənin olduqca təhlükəli, satqın şəbəkələrdən təmizlənmə prosesi xəbərlərdən də göründüyü kimi intensiv ardıcıllıq və qətiyyətlə davam edir.

Bildirilir ki, bu məsələ ilə bağlı son günlər daha 8 nəfər, bölgələrdə şübhəli qismində saxlanılıb. Bu tədbirlər vaxtı çatmış və vacibdir. Oba görə də, bunu cəmiyyət, xalq xeyli müsbət qarşılayır.

Bu masştabda həbslər və təmizləmə prosesləri bir daha təsdiq edir ki, ölkəmiz çox ciddi amillə üzbə-üz imiş. Qonşu İran bütün bu, müstəqillik illərində Azərbaycana qarşı heç də, xoş məram və niyyətli olmayıb. Dayanmadan zaman şərait amilindən fürsətlənməklə, ölkəyə ölkə əleyhinə fəaliyyət göstərən xeyli şəbəkələrini yerləşdirib.

Və İranın Antiazəbaycan siyasətinə xidmətdəki, birbaşa Tehrandan idarə olunan bu "hörümçək toru" bütün ölkəni bürüyərək daima pozuculuq və təxribatlar törətməklə, lazımı, dönüş anında ölkədə miqyaslı terrorlar, xaos və hətta, çevriliş etməyə və qırğınlar törətməyə hazır da olublar. Son 30 il, İran əlilə Azərbaycana qarşı törədilən hadisələrin bütün fakt, analizləri bunu göstərir.

Və İranın ölkəni bürümüş, bütün küncü-bucağı basmış bu sarmaşıq-zibilli "hörümçək torunun" tamamilə silinib atılmasının vaxtıdır. Ölkənin bu cür din, məhərrəmlik, əzadarlıq, yaş yolavermə mərsiyyə, moizə, meyxana və sair adlar altında xurafat, cılızlığa itələnməsini saxlatma vaxtıdır!

İran və hamı bilsin ki, Azərbaycan coğrafi, həm mentalca Qafqazın və Avropanın bir parçasıdır. Bu, Yaradanın coğrafi bölğüsüdür və bu ölkəni "buksirə" qoşub İrana, Ərəbistana daşımaq qəti mümkünsüzdür. Nə etsələr nəticə, xeyri yoxdur.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş