Amerika əhalisinin 45 faizi keçmiş prezident Donald Trampı bir qadınla münasibət qurduqdan sonra onu susdurmaq üçün rüşvət verməsinə görə günahkar hesab edir. Newscenter.az trthaber-ə istinadən bildirir ki, ölkədə keçirilən rəy sorğusunun nəticələrindən belə qənaət əldə olunub.
Sorğunun nəticələrinə görə, respondentlərin 45 faizi sözügedən işdə Trampı günahlandırmalı olduğunu düşünür, 32 faizi isə ittihamlara qarşı çıxıb. İştirakçıların 23 faizi ittihamlardan xəbərsiz olduğunu bildirib. Partiya mənsubiyyətindən asılı olmayaraq respondentlərin 47 faizi ittihamların siyasi motivli olduğu qənaətindədir.
Qeyd edək ki, sorğu martın 31-dən aprelin 1-dək ölkə səviyyəsində təsadüfi seçilmiş şəxslər arasında aparılıb.
Mehman