Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan İran barədə BMT-yə müraciət etməlidir -ÖZƏL

Azərbaycan İran barədə BMT-yə müraciət etməlidir


İran bütün əndazəni aşır. Tehrandakı səfirliyimizə qarşı terror hücumu həyata keçirir, Azərbaycan daxilində sabitliyi pozmağa çalışır, deputatımıza qarşı sui-qəsdin sifarişçisi olur. Bütün bunların qarşılığında isə Azərbaycana nota verir.

BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Newscenter.az-a bildirib ki, Azərbaycan İranın hərəkətlərindən BMT-yə və Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etməlidir. Onun sözlərinə görə, eyni zamanda Tehrandakı səfirliyimizdə törədilən ölüm ilə nəticələnən və millət vəkilinə qarşı terror aktlarının təşkilatçısı, cavabdehi olduğu üçün təzminat tələb etməlidir:

"İran rəsmilərindən bu işlərə cavabdeh olanlar barəsində beynəlxalq axtarış elan edilməlidir. Beynəlxalq aləm beynəlxalq və regional təhlükəsizliyə təhlükə törədən İran üzərində təzyiqlərini artırmalıdır. İran hərəkətlərinin cavabsız qalmayacağını görməli və öz üzərində real hiss etməlidir".

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan İran dövlətinin təhrikedici addımlarının qarşısını öncədən almaq üçün beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət göstərməlidir:

"İran rejiminə siyasi və iqtisadi təzyiqlərin artırılması üçün dost və müttəfiq ölkələrə açıq şəkildə müraciət edilməli, onlara İran rejimi ilə əlaqələrinə yenidən baxmaq təklif edilməlidir, xüsusilə də, Türkiyə və Pakistana. Müharibə olandan sonra gec olmasın deyə. İran rejimi hər cür əxlaqdan yoxsul bir rejimdir. Rejimin başında dayananlar isə dindən kənar uşaqbaz, əxlaqsız məxluqlardır. Bunlardan hər alçaqlığı gözləmək olar. Odur ki, işimizi ehtiyatlı tutmalıyıq".

Mehman
Xəbəri paylaş