“Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələri yeni bir mərhələyə qaldırmış olacaq. Uzun illərdən bəri həllini gözləyən bu addımın atılması Təl-Əvivlə Bakı arasında müxtəlif sahələrdə əməkdaşlığın gələcək perspektivləri üçün yaxşı imkanlar yaradacaq”. Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında əksini tapıb.
Newscenter.az-a Analitik Qrupdan bildirilib ki, İsraillə Azərbaycan arasında əlaqələr yüksək səviyyədə olsa da, lakin indiyə qədər bu ölkədə Azərbaycan səfirliyinin olmaması ölkələrarası əlaqələrdə müəyyən boşluqlar yaradır, istənilən səviyyədə əməkdaşlığımızı mümkünsüz edirdi. Artıq bundan sonra həmin boşluqlar da aradan qalxdı”.
Analitik Qrupdan qeyd edilib ki, bundan sonra Bakı ilə Təl-Əviv təmsil olunduqları beynəlxalq təşkilatlar daxilində də səmərəli əməkdaşlıq edəcək, bir çox prinsipial məqamlar, hər iki ölkənin maraqlarına uyğun olar məsələlərdə eyni mövqedən çıxış edəcəklər.
Analitik Qrupdan bildirilib ki, İsraildə səfirliyimizin açılması iqtisadi sahədə də öz müsbət tərəflərini göstərəcək:
“Hər şeydən əvvəl turizm sahəsini inkişaf etdirmək üçün hər iki tərəfdə kifayət qədər potensial, imkan və maraq var. Qarşılıqlı turist səfərləri Azərbaycan və İsrailin turizm sektoruna öz müsbət təsirlərini göstərəcək”.
Mehman