Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın dövlət qurumlarının rəsmiləri Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər

Azərbaycanın dövlət qurumlarının rəsmiləri Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər


Özbəkistanda rəsmi səfərdə olan Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Audiovizual Vasitələr Şurasının sədri İsmət Səttarov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədrinin müavini Rafiq Həşimov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya və QHT-lərlə iş şöbəsinin Rəqəmsal media ilə iş sektorunun müdiri Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya və QHT-lərlə iş şöbəsinin KİV-lə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının QHT-lərlə əlaqə və iş şöbəsinin QHT-lərlə iş sektorunun baş məsləhətçisi Rahu Şirinovadan ibarət nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər.

Newscenter.az-a Mərkəzdən bildirilib ki, qonaqlar ilk öncə Mədəniyyət Mərkəzinin önündə ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü qarşısına tər gül-çiçək dəstləri qoyduqdan sonra Mərkəzin həyətində yaradılmış Şəhidlər xatirə kompleksini ziyarət ediblər.

Qonaqlara Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı geniş məlumat verən Mərkəzin direktoru Samir Abbasov Ümummilli Lider Heydər Əliyevin adını daşıyan bu Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan dostluq və mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Qonaqlar daha sonra Mədəniyyət Mərkəzində yaradılmış Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Heydər Əliyev, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi və Xalça muzeyləri ilə tanış olublar.

Azərbaycan-Özbəkistan Dostluq Muzeyini ziyarət edən qonaqlara məlumat verilib ki, Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini, ortaq tarixi köklərini, mədəniyyətlərini əks etdirən Dostluq Muzeyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılmış və bu muzeydə Azərbaycan Özbəkistan tarixi əlaqələrini əks etdirən çox sayda eksponat, maket, suvenir, sənətkarlıq nümunələri və s. nümayiş ertdirilir.

Mədəniyyət Mərkəzində yaradılmış Heydər Əliyev muzeyini ziyarət edən qonaqlar burada Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasini fəaliyyətini əks etdirən fotolarla, nəşrlərlə tanış olublar.

Azərbaycan tarixi muzeyini ziyarət edən qonaqlar burada Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, xalq sənətkarlığı, musiqisi, adət-ənənələri, tarixi abidələrini əks etdirən çox sayda guşələr, eksponat və maketlərlə tanış olublar. Xalça muzeyinə ziyarət zamanı qonaqlara burada nümayiş etdirilən tarixi Azərbaycan xalçaları haqqında məlumatlar verilib.

Sonda Mədəniyyət Mərkəzini ziyarət edən nümayəndə heyəti ilə birgə xatirə fotosu çəkilib.

Anar
Xəbəri paylaş