Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Səudiyyə münasibətləri 7 il sonra normallaşır -ÖZƏL

İran Səudiyyə münasibətləri 7 il sonra normallaşır


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan yaxın günlərdə üz-üzə görüşmək qərarına gəliblər.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hər iki ölkənin XİN rəhbərlərinin telefon danışığı zamanı bu barədə razılıq əldə olunub. Görüş barədə İran Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan açıqlamaya görə, Abdullahiyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Bin Ferhan arasında telefon danışığı zamanı İran və Səudiyyə Ərəbistanı arasında normallaşma razılaşmasındakı son vəziyyət müzakirə edilib.

Abdullahiyan səudiyyəli həmkarı ilə görüşündə iki ölkə arasında normallaşma sazişinin gücləndirilməsi və qorunub saxlanmasının vacibliyini vurğulayaraq, ölkələrin liderləri və rəsmiləri arasında dialoq və diplomatiyanın vacib olduğunu bildirib.

Qeyd edək ki, İran-Səudiyyə Ərəbistanı münasibətləri 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfərin “terrorçuluq” ittihamı ilə edam edilməsindən sonra pisləşmişdi.

Mehman
Xəbəri paylaş