"İranın ölkəmizə yönəlik təxribatları səngimək bilmir. İki ölkənin münasibətləri gərginliyin pik nöqtəsində seyr edir. Baş verən proseslər fonunda Azərbaycan soyuqqanlı davranış sərgiləsədə, qarşı tərəf üçün eyni fikirləri səsləndirmək yalnış olar".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, ən son olaraq İran ordusu quru qoşunları komandanı general Kiyumərs Heydərinin ölkəmizlə sərhəddə təhdid dili ilə danışması, Tehranın hərbi aktivlik göstərmək istəyindən xəbər verir:
"Cənub qonşumuz hesab edir ki, baş verən zəlzələdən sonra Türkiyənin regionda varlığı zəifləyib və bunu Azərbaycana qarşı fürsət kimi qiymətləndirir. Ancaq unutduğu bir məqam var ki, Türkiyə İranın davranışlarına səssiz qalmayacaq və Şuşa bəyyanəməsinin şərtlərini yerinə yetirməkdən çəkinməyərək. Azərbaycanın müttəfiqi təkcə Türkiyə deyil. Ölkəmiz İsrail və Pakistan kimi dövlətlərlə də müttəfiqlik münasibətlərini inkişaf etdirib və bu iki ölkənin də İrana münasibəti birmənalı deyil. Həmçinin ABŞ, İran-Azərbaycan gərginliyində Bakının mövqeyini müdaifə edir".
AVP rəsmisi hesab edir ki, indiki halda ölkəmiz hərbi istehsalı artırmalı və ilk növbədə hərbi təyyarə parkını yeniləməlidir:
"Çünki cənub qonşumuz yaxın zamanda Rusiyadan 24 ədəd SU 35 tipli qırıcılar əldə edəcək və ordumuzun silahlanmasında bu təyyarələr ilə hava müharibəsinə girə biləcək qırıcılar yoxdur. Hadisələri daha dərindən analiz etdikdə aydın müşahidə olunur ki, İranı anti-Azərbaycan siyasətinə təhrik edən güclərdən biri də Rusiyadır. Kreml özünün edə bilmədiklərini Tehran vasitəsilə etməyə çalışır".
Mehman