Ramazan ayının ilk 10 günündə Kəbədə 9 milyon müsəlman namaz qılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanının rəsmi dairələri bu barədə məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, 9 milyon 357 min 853 müsəlman Ramazan ayının ilk 10 günündə Məscidül-Həramda ümrə edib, namaz qılıb.
Məscidi Nəbəvi Rəyasət Heyətindən verilən açıqlamada isə Ramazan ayının ilk on günündə 10,3 milyon müsəlmanın Məscid-i Nəbəvini ziyarət etdiyi və namaz qıldığı bildirilib.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi martın 26-da verdiyi açıqlamada, "daha çox insanın ibadət etməsinə imkan yaratmaq üçün" hər kəsin Ramazan ayında yalnız bir dəfə ümrə edə biləcəyini bildirmişdi.
Mehman