Türkiyənin Manisa şəhərində dağıdıcı zəlzələnin baş vermə təhlükəsi var. Newscenter.az-ın haber7.com-a istinadən verdiyi məlumata görə, Türkiyənin Dokuz Eylül Universitetinin apardığı araşdırmanın nəticəsi belə deməyə əsasə verir.
Dokuz Eylül Universiteti (DEU) Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin direktoru Prof. Dr. Həsən Sözbilir, aparılan araşdırmaya əsasən verdiyi açıqlamada, Manisa fayının şərqdə Gürle kəndində başladığını və Manisa şəhər mərkəzindən keçərək Turqutlu qəsəbəsinə qədər uzandığını bildirib.
Qərbi Anadoluda ən böyük zəlzələlərdən biri kimi qəbul edilən və Manisa şəhəri ilə ətrafında ciddi dağıntılara səbəb olan son zəlzələnin 1845-ci ildə eyni qırılma üzərində meydana gəldiyinin deyən Hasan Sözbilir 178 illik gərginliyin yığılıb qaldığını və real təhlükə mənbəyinin olduğunu söyləyib. O, şiddətli zəlzələnin Manisa fayının yenidən qopması ilə nəticələnə biləcəyini də sözlərinə əlavə edib.
Mehman