Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Monteneqronun yeni prezidenti bəlli oldu -ÖZƏL

Monteneqronun yeni prezidenti bəlli oldu


Monteneqroda keçirilən prezident seçkilərinin ikinci turunun qeyri-rəsmi nəticələrinə görə, seçkidə keçmiş iqtisadiyyat naziri Yakov Milatoviç böyük fərqlə qalib gəlib.

Newscenter.az xəbər verir ki, bu barədə trthaber məlumat yayıb. Məlumatda bildirilir ki, Monteneqroda sayca səkkizinci dəfə keçirilən prezident seçkilərinin birinci turunda heç bir namizəd 50 faizdən çox səs toplaya bilmədiyi üçün ikinci turda səslərin 98 faizi hesablanıb. Podqoritsada yerləşən Müşahidə və Tədqiqatlar Mərkəzinin (CEMI) açıqladığı ilkin qeyri-rəsmi nəticələrə əsasən, 60 faiz səs toplayan keçmiş iqtisadiyyat naziri Yakov Milatoviç ölkənin yeni prezidenti olub. CEMI-nin məlumatına görə, hazırkı prezident Milo Cukanovic 40 faiz səs toplayıb.

Qeyri-rəsmi nəticələrdən sonra Milatoviç tərəfdarları paytaxt Podqoritsada bayram keçirməyə başlayıblar.

Mehman
Xəbəri paylaş