Paris sakinləri üçün gözlənilməz qərar tətbq edilib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, bundan sonra şəhər əhalisi Paris küçələrində skuter sürə bilməyəcək.
Sözügedən qərar səsvermə yolu ilə qəbul edilib. Belə ki, şəhərin seçici siyahısında olan 1,3 milyon nəfərdən 103 mindən bir qədər çoxu səsvermədə iştirak edib. Onlardan 91300-dən çoxu skuterlərin əleyhinə səs verib.
Rəsmi nəticələrə görə, səslərin demək olar ki, 90 faizi akkumulyatorla işləyən cihazların qadağan edilməsini dəstəkləyib.
Qeyd edək ki, səsvermə Fransanın paytaxtında elektron skuterlərdə yaralanan və ölənlərin sayının artmasından sonra keçirilib.
Mehman