Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Radikal müxalifət çirkin kampaniyaya başlayıb -ÖZƏL

Radikal müxalifət çirkin kampaniyaya başlayıb


"Azərbaycanda radikal müxalifət ünsürləri xaricdə ermənipərəst dairələrdən aldıqları tapşırıq əsasında ölkəmizə qarşı çirkin kampaniyaya başlayıblar. Belə ki, son günlər radikal müxalifətin anti-Azərbaycan təbliğatında ordumuzun sərhəddə erməni təxribatına layiqli cavab verməsi müxtəlif manipulyasiyalara məruz qalır".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Anar Məmmədov səsləndirib. O bildirib ki, xaricdəki havadarlarının tapşırıqları əsasında radikal müxalifət ünsürləri ölkəmizə qarşı çirkin kampaniyaya başlayaraq, az qala erməni təxribatlarının günahını Azərbaycanın üzərinə atmağa çalışırlar:

"Əslində üzdəniraq müxalifətin siyasi təbliğatında və davranışında erməni faktorundan faydalanmaq taktikası yeni deyil. Radikallar hər zaman erməni dəyirmanına su töküb, ermənipərəst dairələrdən, erməni lobbisindən pul alaraq Ermənistanın təbliğatçısı rolunda çıxış ediblər. Radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadır".

Mehman
Xəbəri paylaş