Rəsmi Moskva neft hasilatının azaldılması istiqamətində addımlarını davam etdirəcək.
Newscenter.az-ın trthaber-ə istinadən verdiyi məlumata görə, Rusiya baş nazirinin müavini Aleksandr Novak belə bir açıqlama ilə çıxış edib. O bildirib ki, ilin sonuna qədər neft hasilatının gündəlik 500 min barrel azaldılması qərarı həyata keçiriləcək.
Aleksandr Novak ABŞ və Avropada bank sektorunda davam edən böhran, eləcə də dünyada enerji sahəsində atılan yanlış addımlar səbəbindən neft bazarında sabitsizlik və gözlənilməz proseslərin olduğunu vurğulayıb.
Mehman