Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ulduz futbolçu "Trabzonspor"dan ayrıldı -ÖZƏL

Ulduz futbolçu "Trabzonspor"dan ayrıldı


Türkiyənin "Trabsonspor" futbol komandasını daha bir ulduz futbolçu tərk edib.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, komanda müdafiəçi Vitor Hüqonun Braziliyanın "Bahia" komandasına keçdiyini açıqlayıb. Türk klubu Vitor Hüqo üçün "Bahia" ilə anlaşma əldə edib.

Klubdan verilən açıqlamada “Peşəkar futbolçumuz Vitor Huqo Françeskoli De Souzanın EC "Bahia"-ya transferi ilə bağlı razılıq əldə olunub” deyə vurğulanıb. Razılaşmaya əsasən, EC "Bahia" "Trabzonspor"-a 1.800.000.-EUR ödəyəcək.

Oruc
Xəbəri paylaş