Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ümummilli məsələlərdə hər kəs dövlətin yanında olmağı bacarmalıdır

Ümummilli məsələlərdə hər kəs dövlətin yanında olmağı bacarmalıdır


"Son günlər yenə bütün şər qüvvələr Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə birləşib. Hər şeyi hər zaman qara görən müəyyən qruplar son proseslərdə də öz cılız hisslərini yenə bilmədikləri üçün Azərbaycan dövlətinin və dövlətçiliyin yanında ola bilmədilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. Millət vəkili bildirib ki,
həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktında cinayəti törədənlər qıraqda qaldı, yenə həmin qruplar Azərbaycan dövlətinin günahkar çıxarılmasına çalışdılar:

"Nəticə isə birdir bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin bütün düşmənləri birləşiblər, keçmiş proletarlar kimi. Hətta bəziləri irəli gedərək cəsusluqda ittiham edilərək təhlükəsizlik orqanları tərəfindən həbs olunanların ailələrini mitinqlərə, küçələrə çıxmağa çağırdılar. Bu bir reallıqdır ki, bu gün özünü “vətən sevdalısı” kimi təqdim edənlər dövlətin yanında yox Azərbaycan əleyhinə təxribat törədənlərin və İranın yanındadılar".

Deputat vurğulayıb ki, onlar Fazil Mustafanın qətlinə istehza edir, zamanında onunla bağlı bir nəfərin yaydığı mənəviyyatdan və əxlaqdan uzaq videonu tirajlayır, guya Azərbaycan İranla müharibə etmək istədiyini çar çəkir və bu müharibədə Azərbaycanın uduzacağı ilə bağlı ciddi cəhdlə təbliğat aparırlar:

"Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın İranla heç vaxt müharibə aparmaq niyyəti olmayıb və yoxdur. Ancaq biz kiminsə bizə nəyisə diktə etməsi, hədələməsi, təxribat törətməsi ilə də razılaşa da bilmərik. Belə cəhdlərə Azərbaycanın reaksiyası hər zaman olduğu kimi, sərt olacaq. Sizi isə belə davranışlarınızla kimin yanında olduğunuğu, haralardan qidalandığınızı bir daha göstərdiniz. Əvvəllər də demişəm bu gün də deyirəm, Fazil Mustafaya tuşlanmış kalaşnikov hakimiyyətə yox, dövlətə və dövlətçiliyə qarşı yönəlmiş terrordur. Bunu hamı dərk etməli, dövlətin və dövlətçiliyin yanında olmağı bacarmalıdır. İndi isə üzümü tuturam sadə vətəndaşlara. Əziz həmvətənlər! Sosial şəbəkələrdə məqsədli şəkildə geniş tirajlanan belə yaramaz təbliğatlara aldanmayın".

Millət vəkili onu da deyib ki, bu gün ölkəmiz gərgin və mürəkkəb bir dövrdən keçir:

"Bu mərhələni keçmək çox önəmlidir. Bu mərhələni keçdikdən sonrakı dövr daha asan və təhlükəsiz olacaq.
İndi isə hamılıqla dövlətin və dövlətçiliyin yanında olmaq vaxtıdır. Hər birimiz bu müqəddəs vəzifəni layiqincə yerinə yetirməyə çalışmalı, dövlətimizə tam inanmalı və güvənməliyik. Allah dövlətimizi və xalqımızı qorusun!".

Anar
Xəbəri paylaş