Astara rayonu, Xəzər dənizi sahilindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Newscenter.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidən vətəndaş Qalib Rəhmətov tərəfindən “Ural” markalı 99-LU-615 dövlət nömrə nişanlı, Mahir Məmmədov tərəfindən “T-16” traktor markalı 07 T-230 dövlət nömrə nişanlı, Camal Əkbərov tərəfindən “Kamaz” markalı 99-OK-391 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə 13,5 m3 həcmində qanunsuz qum daşındığı müəyyən edilib.
“Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
Sevinc