Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP jurnalistlər arasında yazı müsabiqəsi elan edir

YAP jurnalistlər arasında yazı müsabiqəsi elan edir


Yeni Azərbaycan Partiyası “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsi elan edir. Newscenter.az xəbər verir ki, bu barədə məlumatı hakim partiyanın mətbuat xidməti yayıb

Müsabiqənin məqsədi:

Ümummilli lider Heydər Əliyevin həyat yolunun, xalqımız qarşısında müstəsna xidmətlərinin, zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının hərtərəfli tədqiq olunaraq geniş ictimaiyyətə çatdırılması və yeni nəslə aşılanması, jurnalistlərin yaradıcılıq fəaliyyətinin stimullaşdırılması.

Müsabiqəyə təqdim olunacaq yazılar aşağıdakı nominasiyalardan biri üzrə hazırlanmalıdır:

- Tənəzzüldən intibaha: SSRİ dönəmində Azərbaycanın yüksəlişi

- Qurtuluşdan tərəqqiyə: müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu

- Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru

Müsabiqədə iştirak

Ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Yazının mövzusu təklif olunmuş nominasiyalardan birinə uyğun olmalıdır;

2. Müsabiqə iştirakçısı yalnız bir nominasiya üzrə yazı təqdim edə bilər;

3. Müsabiqə iştirakçılarının yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.

Yazıların qəbulu qaydaları

1. Yazı mətbu orqanda dərc olunduğu təqdirdə nəşrin 1 nüsxəsi, internet media resursunda dərc olunduğu halda isə müvafiq keçid – link təqdim edilməlidir;

2. Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə

3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 4 nüsxə

4. Yazıların həcmi: A3 formatında 1 səhifə (9-11 min işarə)

Tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsinin surəti

Jurnalist vəsiqəsinin surəti

Şəxsi bank rekvizitləri (hesabın aktiv olması təsdiqlənməlidir)

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi və məsuliyyəti, dövlətçilik maraqlarının müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər bir nominasiya üzrə I, II və III yerlər olmaqla üç iştirakçı mükafatlandırılacaq.

I yer - 700 manat

II yer - 500 manat

III yer - 300 manat

Müsabiqədə iştirak üçün yazıların qəbulu 1 iyun 2023-cü il saat 18:00-dək davam edəcəkdir.

Tələb olunan sənədlər Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına (Bakı şəhəri, S.Senyuşkin küçəsi 26) təqdim edilməlidir.

Mehman
Xəbəri paylaş