Almaniyanın “Welt” qəzeti Türkiyə, Rusiya və Avropa münasibətlərinə dair dərc etdiyi təhlildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyətinə xüsusi yer ayırıb.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, "NATO və Rusiya arasında aöıllı manevrlər" sərlövhəli yazıda həmin manevrlərin sahibinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olduğu vurğulanıb.
“Türkiyə qərb müttəfiqləri ilə birliyini nümayiş etdirir və Finlandiyanın NATO-ya daxil olmasını qəbul edir. Lakin az sonra Putinin xarici işlər naziri Ankarada qəbul edilir. Ərdoğan Moskva ilə Qərb arasında manevr edir və o, buna nail olur” deyə məqalədə qeyd edilir.
Mehman