Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Tacikistan müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar

Azərbaycan və Tacikistan müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar


Prezident İlham Əliyevin aprelin 5-də Tacikistan Respublikasına səfəri etdi. Ölkə başçısı səfər zamanı iki ölkə arasındakı münasibətlər barədə ətraflı fikirlər səsləndirdi. Prezident qeyd etdi ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi.

Prezident İlham Əliyev bu tarixə toxunmaqla önəmli məsələləri irəli çəkdi. Həqiqətən də, ən dəhşətli müharibə qardaş qırğınıdır. O vaxt daTacikistanda Prezident Rəhmon, Azərbaycanda isə Ulu Öndər Heydər Əliyev ölkələrində qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər.

Bu gün isə həm Tacikistan, həm də Azərbaycan iki sabit dövlətdir. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Hər iki ölkənin bu günkü vəziyyətinin arxasında böyük liderlərin, xalqlarımızın əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni etdilər.

Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin SŞ və İH-nin üzvü
Xəbəri paylaş