“Ermənistan özü üçün yaranmış əlverişli vəziyyətdən yararlanaraq yenidən təxribatlara əl atır. İrəvan Tehran ilə Bakı arasında gərginliyin yaranmasını özü üçün əlverişli hesab edir. Düşünür ki, sərhəddə təxribat törədib Azərbaycan mövqelərinə qarşı hücuma keçsə, Tehran da ona dəstək verəcək”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında əksini tapıb. Analitik Qrupdan saytımıza bildirilib ki, təxribatın Laçın istiqamətdə həyata keçirilməsi və Laçındakı Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması da təsdüfi deyil:
“Hələ bir müddət əvvəl İran və Ermənistanın Laçın və Qubadlı istiqamətindən Azərbaycana qarşı hücuma keçəcəyi bildirilirdi. Görünür hər iki düşmən ölkə əlverişli məqamın yetişdiyi qənaətindədir. Ona görə də Laçın istiqamətində mövqelərimiz atəşə tutulub”.
Analtik Qrup hesab edir ki, bütün halda regionda çox gərgin proseslər cərəyan edir və beynəlxalq güclər Cənubi Qafqazı poliqona çevirmək istəyirlər.
Mehman